Modern.az

Əhməd Davudoğlunun iqamətgahında atışma

Əhməd Davudoğlunun iqamətgahında atışma

19 Avqust 2015, 21:04

 

İstanbulda “Dolmabahçe” sarayının girişində atışma olub. Türkiyə mətbuatının  yazdığına görə, sakinlər həmin ərazidə partlayış səsləri eşidiblər.

Türkiyə mətbuatının məlumata görə, iki silahlı şəxs sarayın qarşısında dayanan polis əməkdaşlarına atəş açıb. Şahidlər bildirilər ki, həmin şəxslər əl bombası partladıblar.

Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən “Dolmabahçe” sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt Baş nazirin paytaxt Ankarada olduğu xəbər verilir.

 Hadisə nəticəsində bir polis yüngül yaralanıb. 

 Silahlılar  Almaniya konsulluğunda saxlanılıb və üzərlərində avtomat, tapança və iki əl qumbarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...