Modern.az

İstənilən halda öz gücümüzü göstərəcəyik - “PANATİNAİKOS”UN BAŞ MƏŞQÇİSİ

 İstənilən halda öz gücümüzü göstərəcəyik -  “PANATİNAİKOS”UN BAŞ MƏŞQÇİSİ

19 Avqust 2015, 23:06

“Hər bir komandanın keçdiyi yolda çətinlik olur. İstənilən oyuna hazırıq. Heç bir komanda eyni xətt üzrə getmir. “Qəbələ” ilə oyunun bizim üçün xüsusi önəmi var”.

Modern.az xəbər verir ki, bu sözləri “Panatinaikos”un baş məşqçisi  Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları ilk oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

- Komandanızda  bəzi zədəli futbolçular var. Sabahkı oyunda bunun çətinliyini yaşaya bilərsiniz?

- Elə də çətinliyimiz yoxdur. Öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. Bu heyətimiz də mübarizə aparmaq əzmindədir.

- Çatışmayan futbolçuların yoxluğu rəqibin oyununa nə kimi təsir edəcək?

- İstənilən halda biz öz gücümüzü göstərəcəyik. Rəqibə yox, öz oyunumuza fikir verməliyik.

- Sizi hansı nəticə qane edəcək?

- Ancaq qələbə.

- Üzünüzdə təbəssüm var. Bu, arxayınlıq əlamətidir, yoxsa necə?

- Nə dərəcədə rahat göründüyümü bilmirəm. Ancaq Avropa Liqasında asan oyun olmur. Komandama inamıma gəldikdə isə bəli, futbolçularıma güvənirəm.

- “Qəbələ” haqda məlumatlısınız?

- Azərbaycan futbolu haqda elə də məlumatlı deyildik. Ancaq “Qəbələ”nin son oyunları, xüsusilə də “Apollon”la görüşündən sonra rəqibə bələd olduq. Artıq “Qəbələ” bizim üçün tanınmış rəqibdir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...