Modern.az

Brent nefti 46 dollara düşdü

 Brent nefti 46 dollara düşdü

19 Avqust 2015, 22:30

 

Modern.az xəbər verir ki, xarici KİV-in məlumatlarına görə, bu gün neftin ucuzlaşması davam edib və günün sonuna Brent nefti 46 dollara, ABŞ xam nefti isə 40 dollara düşüb.

Bakı vaxtı ilə 21:00 radələrində Brent nefti 4%-ə yaxın ucuzlaşaraq 46,68 dollara düşüb. Səhər saatlarında Brent nefti 49 dollara idi.

ABŞ xam nefti isə (WTI) 5%-ə yaxın ucuzlşaraq 40,50 dollara düşüb.

Lakin bu arada Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.

Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər: "Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama