Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verərək bildirib ki, müsəlmanı müsəlmana qırdırmaq layihəsi öz tempi və acımasızlığı ilə davam etməkdədir.
Onun sözlərinə görə, müsəlmanların ümidi Türkiyədir. İslamın xalqımıza və bizə güvənənlərə mükəmməl şəkildə izahına ehtiyac var: “Bunun üçün özümüzü nizamlamağımız lazımdır. Qurandan uzaqlaşan müsəlmanlar məzhəbçiliyin arxasınca gedir. İslam dünyasındakı çatışmazlığımız bərabərlik, birlik və məhəbbətdir”.