Modern.az

Xalq artisti İsrafil İsrafilovun müdafiəsinə QALXDI

Xalq artisti İsrafil İsrafilovun müdafiəsinə QALXDI

20 Avqust 2015, 09:33

 

“Teatrda baş verən hər hadisəni üzə çıxarmaq düzgün deyil. Teatrın içində çox şeylər ola bilər, çox problemlər yaşana bilər. Biz onların hamısını üzə çıxarsaq tamaşaçı heç bizə baxmaz da. Deyər ki, ora dəhşət yuvasıdır. Ona görə də hər şeyi bu cür qabarıq yazmaq düzgün deyil”.

Bunu xalq artisti, Gənc Tamaşaçılar Teatrının qocaman aktyoru Tariyel Qasımov Modern.az saytına  son zamanlar mediada teatrdaxili qalmaqalları ifrat şəkildə nümayiş etdirən yazılara  münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Akademik Milli Dram Teatrı və başqa teatrlar barəsində yazılan yazıları oxuyur.

“Teatrlarda yaşanan problemlərlə bağlı yazılanları mən də oxuyuram. Deyəsən, əsasən Akademik Milli Dram Teatrı haqqındadır və ən çox da direktordan şikayətçidirlər. Vallah, mən o direktoru tanıyıram, elə də pis adam deyil.

Qabaqlar rayon partiya komitəsində birinci katib də işləyib. Oranın nəhəng aktyorları ondan narazılıq edir və deyirlər ki, o, teatr adamı deyil. Axı bunun ixtisasıdır, teatr adamıdır. Sadəcə  ola bilsin ki, İsrafil müəllimin qoyduğu qayda-qanun, idarə sistemi kiminsə xoşuna gəlmir.


Amma bir məsələdə mən də oradakı aktyorlarla razıyam. Belə ki, teatrın mütləq baş rejissoru olmalıdır. O, bütün yaradıcı məsələlərə nəzarət etməlidir. Orada isə yalnız bir adam hər şeyə nəzarət edir. İstədiyi qərarları verir, istədiyini oradan uzaqlaşdırır.

Odur ki, aktyorlar da bundan narazıdırlar”. Tariyel Qasımov Azərbayacanda hansı teatrlarda nizam-intizamın daha çox qorunduğu, kollektiv arasındakı münasibətlərin daha yaxşı olması sualına bu cür cavab verib:

“Bütün teatrlara baxanda görərik ki, ən çox nizam-intizam kollektiv daxilindəki mehribanlıq Gənc Tamaşaçılar Teatrındadır. Düzdür, orada da arabir problemlər olmuşdu. Orada bir Cənnət Səlimova var idi ki, hamısını o edirdi. Teatrın baş rejissoru idi.

Özü ilə gətirdiyi aktyorları qabağa çəkirdi. Nəticədə teatrın qocaman sənətkarları kənarda qalırdı. Biz məsələ qaldırdıq. Onu baş rejissorluqdan çıxardılar. Amma indi teatrda kollektiv və müdirriyət arasındakı münasibət çox yaxşıdır”.

Elmin NURİ


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI