Modern.az

“Antiterror əməliyyatı keçirməklə girovlarımız azad edilməlidir”

“Antiterror əməliyyatı keçirməklə  girovlarımız azad edilməlidir”

20 Avqust 2015, 11:08


Ötən ilin iyul ayında öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir. Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməməkləri olan bu azərbaycanlılar "casusluqda” ittiham edilərək, bir neçə ay bundan əvvəl onlara qarşı qondarma ölkədə saxta məhkəmə düzənləndi və "məhkəmə”nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verildi. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, iki azərbaycanlı öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Bu arada bildirək ki, D.Əsgərov yaxınlarına məktub göndərib. Məktubda D.Əsgərov yaxınlarını hazırda olduğu vəziyyətdən xəbərdar edir. Ailələri isə girovların vəziyyətindən narahatdır. Onlara işgəncə verildiyi qənaəti yaranıb.
Girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğuna diqqət çəkən sabiq millət vəkili Rusiyanın bu məsələyə biganəliyindən, öz vətəndaşlarına laqeydliyindən də gileylənib: "Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik”.

Milli Məclisin deputatı Fərəc Quliyev Modern.az-a açıqlamasında vurğulayıb ki, soydaşlarımızın girovluqda saxlanılması məsələsinə dünya dinc və susqun qalmalı deyil. Antiterror əməliyyatı keçirilməli və Ermənistanda saxlanılan girovlarımız azad edilməlidir: "Həmvətənlərimizi erməni silahlı bölmələri əsir götürüb, buna Beynəlxalq təşkilatlar biganə qala bilməz. Orada qurulan qondarma məhkəmə də iki amilə xidmət edir. Birincisi, dünyaya mesaj vermək istəyirlər ki, guya orada ədalət məhkəməsi var və hər şey qanunla həll olunur. İkincisi isə dövlət atributu kimi məhkəmə prosesini önə çəkirlər ki, özlərini bizə dövlət kimi tanıtsınlar. Girovlarımızı azad etmək üçün hərbi gücdən belə istifadə olunmalıdır”.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...