Modern.az

Sovet kinosunun ulduzu vəfat etdi

Sovet kinosunun ulduzu vəfat etdi

20 Avqust 2015, 11:34


SSRİ xalq artisti, aktyor və rejissor Lev Durov 84 yaşında vəfat edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, korifey sənətkar Moskvada müalicə aldığı xəstəxanada ağır pnevmoniya diaqnozundan vəfat edib.

Lev Konstantinoviç Durov 1931-ci il dekabrın 23-də Moskvada sirk ustalarının ailəsində anadan olub. SSRİ tamaşaçıları onu 160-dan artıq filmdə, məsələn, “Qorxma, mən səninləyəm”, “Mən Moskva boyu addımlayıram”, “Baharın on yeddi anı”, “Moskva – Kassiopeya”, “D`Artanyan və üç muşketyor” və s. filmlərdə rol alıb.

Mərhum Lev Durov həm də teatr səhnələrində çoxsaylı yaddaqalan obrazlar yaratmışdı.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...