Modern.az

24 PKK terrorçusu məhv edildi

24 PKK terrorçusu məhv edildi

20 Avqust 2015, 11:40


Diyarbakırın Lice və Silvan mahallarında sabitliyin təmin edilməsi məqsədi ilə terror təşkilatı PKK-ya yönələn əməliyyatda 18 terrorçu məhv edilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Licedə yol kisən, əsgər və polis qaçıran, təhlükəsizlik güclərinə tələ quran bölücü terror təşkilatı yaraqlılarına qarşı 700 təhlükəsizlik əməkdaşının 2 gündür həyata keçirdiyi əməliyyatlarda, təhlükəsizlik güclərinə tələ quraraq atəş açan 14 terrorçu öldürülüb.

Bundan başqa, Silvan mahalındakı Ailə Sağlamlığı Mərkəzində xidmət göstərilməsinə maneə törədən, xəndək qazan, yola barrikada quran terror təşkilatı yaraqlılarına yönələn əməliyyatda isə 4 terrorçu məhv edilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...