Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olundu
Azərbaycanın Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olunub. Modern.az xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədovun 17 avqust 2015-ci il tarixli əmri ilə bu vəzifəyə Rüfət İmanov təyin edilibQeyd edək ki, əvvəllər Rüfət İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Modern.az