Modern.az

Sərdar Cəlaloğlu dediklərinin gündəmdən düşdüyünü bəyan etdi

Sərdar Cəlaloğlu dediklərinin gündəmdən düşdüyünü bəyan etdi

20 Avqust 2015, 12:10


“Qarabağ” seçki blokunda təmsil olunan Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) parlament seçkilərinə ayrı-ayrılıqda qatılacaqlar. ADP mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib ki, Ümid Partiyası “125-lər” adlı seçki bloku ilə layihə hazırlayaraq, bu blokda seçkilərə qatılmağa üstünlük verir.

ADP-nin də “125-lər” bloku ilə əməkdaşlıq etmədiyini nəzərə alaraq Ümid Partiyası ilə ADP seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə iştirak etmək haqqında razılığa gəlib.  

Bundan bir müddət öncə isə ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında bildirmişdi ki, “Qarabağ” blokuna daha bir partiya qoşula bilər.  

Bəs ADP həmin partiya ilə birgə parlament seçkisinə qatıla bilərmi?  

ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bu barədə danışıb. Onun sözlərinə görə bu məsələ artıq gündəmdən düşüb.

“İnsanların diqqətini yalan yanlış məsələlərə yönləndirməyin heç bir mənası yoxdur. Seçkidə ADP öz namizədləri ilə çıxış edəcək. ADP-nin öz namizədləri var və gələn həftədən hansı dairədən kimlərin namizəd olaraq seçkidə iştirak edəcəyi müəyyənləşəcək”.  

Vüsalə Qəzənfərqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...