Avqustun 19-da Gəncə şəhərinin Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının evindən qızları Leyla, Səmra və qohumu Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 19-da Gəncə şəhərində yaşayan Zaur Həsənov isə evində sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.Həmin gün Gəncənin Nizami rayonunun Yeni Gəncə qəsəbəsində yaşayan Məhəbbət Hüseynova evində dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Avqustun 19-da Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Sara Ağayeva evində dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Modern.az