2014-cü ilin yanvarında Bakı şəhər sakini Cəfər Əminovun saxta sənəd tərtib edərək paytaxt sakini Xuraman Rüstəmovaya 29 min manata torpaq sahəsi satmasını Suraxanı rayon Polis İdarəsinin əməkdaşları müəyyən edib. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, faktla əlaqədar cinayət işi başlanıb.
Digər məlumata görə, Gəncə şəhər sakini Seymur Rzayevin saxta etibarnamə tərtib edərək Sumqayıt şəhər sakinləri Nurəddin Vəliyevə məxsus “Mercedes”, Şahin Ələkbərova məxsus “Mercedes” və Gəncə şəhər sakini Şamil Abbaslıya məxsus “Ford” markalı avtomobilləri satmasını Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları müəyyən ediblər.
Modern.az