Modern.az

Razi Nurullayev qəzet və sayt açır - ADLAR

Razi Nurullayev qəzet və sayt açır - ADLAR

20 Avqust 2015, 17:09


“Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev yeni media holdinq qurur. 

Bu barədə məlumatı aznews.az-a onun özü verib. Razi Nurullayevin sözlərinə görə, holdinqdə iki media qurum fəaliyyət göstərəcək:

“İlk öncə “Cümhuriyyət” qəzeti bərpa olunacaq. Sentyabrdan etibarən qəzet işıq üzü görəcək. İkincisi isə “Cəbhə.info” adlı portal yaradırıq”. 

R.Nurullayev nəzarətində olacaq media holdinqin rəhbərinin adını da açıqlayıb: 

“Baş redaktor Rəfael Becanov olacaq. Ayrıca ofis götürəcəyik. Maliyyəmizdən isə jurnalistlər razı qalacaqlar”. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...