Modern.az

Zakir Həsənov ordunu həyacan siqnalı ilə ayağa qaldırdı - FOTO

Zakir Həsənov ordunu həyacan siqnalı ilə ayağa qaldırdı - FOTO

20 Avqust 2015, 17:24


Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsini yoxlayıb.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.

Qəfil həyacan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.


Modern.az  
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...