Modern.az

Gürcüstan kazinolarının əksər müştəriləri azərbaycanlılardır

Gürcüstan kazinolarının əksər müştəriləri azərbaycanlılardır

20 Avqust 2015, 17:49


Gürcüstan büdcəsi ölkədə leqal fəaliyyət göstərən qumar biznesindən bir neçə yüz milyon dollar gəlir götürür.  

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin ən böyük kazino sahibləri region ölkələrindən, xüsusən azərbaycandan gələn müştərilərin kazinolara böyük maliyyə gəliri qazandırdığını deyir.  

Gürcüstana gələn qumar həvəskarlarının əsas axını Azərbaycan, İran və Türkiyədən gəlir, Rusiya isə bu axında heç ilk beşlikdə təmsil olunmur.  

Ölkənin 2 qumar mərkəzində Batumiyə daha çox Türkiyə, Tbilisiyə isə Azərbaycan, İran, Tacikistan və Qazaxıstan vətəndaşları gəlir.  

Ekseprtlərin hesablamalarına görə Gürcüstan qumarxanalarının illik gəlirinin 80%-ni müştərilərin 20%-i təşkil edir. Həmin müştərilərin isə 50%-dən çoxunu Azərbaycan vətəndaşları təşkil edir. Maraqlıdır ki, kazinolarla yanaşı, onlan qumar oyunlarının da əsas kontingentində azərbaycanlılar önəmli yer tutur.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...