Modern.az

Qarabağlı deputatlardan ETİRAZ: “Biz yaxşi işləyirik”

Qarabağlı deputatlardan ETİRAZ: “Biz yaxşi işləyirik”

20 Avqust 2015, 18:10

Dördüncü çağırış Milli Məclis artıq öz işini yükunlaşdırmaq üzrədir.

Bu müddət ərzində deputatlar tərəfindən istər Azərbaycan daxilində, istərsə də xaricdə xeyli işlər görülüb. Qarabağ probleminin ayrı-ayrı ölkələrdə qaldırılmasında deputatlar tərəfindən tədbirlər həyata keçirilib. Bu işlərdə Qarabağ bölgəsindən seçilən deputatlar qədər də nəzərə çarpıb.

Düzdür, bununla demək istəmirik ki, Qarbağ məsələsi ilə bağlı yalnız işğal olunmuş rayonlardan seçilən deputatlar məşğul olmalıdırlar.   Ancaq onlar bu məsələni özləri üçün prooritet seçməlidirlər.   Qarabağdan seçilən deputatlarla bağlı saytımıza bir sıra təşkilat sədrləri tənqidi fikirlər  söyləyib.

Millət vəkilləri həmin tənqidlərə cavab verib.  

Xankəndi seçki dairəsindən seçilən Flora Qasımova bildirib ki, o, Qarabağla bağlı çağrıldığı bütün tədbirlərdə iştirak edib.

“Modern.az-da neçə dəfə Qarabağla bağlı müsahibələr vermişəm. Xankəndi ilə bağlı nə qədər tədbirlər keçirmişik. Qarabağla bağlı elə bir tədbir olmayıb ki, məni dəvət edələr, getməyim və orada çıxış etməyim. Milli Məclisdə də fikirlər səsləndirmişəm. Onlar yəqin bizi izləmirlər. Xankəndinin, ümumiyyətlə, işğal olunmuş şəhər kimi tanıdılmasında, Xankəndi haqqında məlumatların yayılmasında mənim fəaliyyətim olub. Sonuncu olaraq Xankəndi haqqında film çəkdirmişik və onun təşəbbüskarı, ideya müəllifi mən olmuşam. Yəqin ki, onları izləmirlər. Qarabağla bağlı iştirak etdiyim tədbirlərdə onlar iştirak etməyiblər, ona görə xəbərləri yoxdur”.  

Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən millət vəkili Elman Məmmədov bildirib ki, hərə öz fikrində müstəqildir.

“Azərbaycanda təbii ki, söz azadlığı mövcuddur. Kim nə istəyir deyə bilər. Qarabağla bağlı təşkilatların sədrləri də o cür fikirləşirlər. Hesab edirəm ki, lazım olduğu qədər həm Dağlıq Qarabağ, həm müharibə vəziyyəti, həm əhalinin məskunlaşması, həm sosial məişət problemləri və s. müxtəlif məsələlərlə bağlı kifayət qədər lazımi yerlərdə lazımi məsələləri qaldırmışıq. Söhbət təkcə parlament sessiyalarında çıxışlardan getmir. Ümumilikdə fəaliyyətimiz boyu nə qədər lazım olubsa, o qədər də sözümüzü demişik”.  

Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən millət vəkili Astan Şahverdiyev qeyd edib ki, Qarabağ problemi ilə cənab Prezident məşğul olur.

“Heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm. Lazımi tədbirlər görülür və görüləcək. Mən də cənab Prezidentin dəsti-xəttini dəstəkləyirəm və o yolda da gedirəm”.

Ağcabədi-Füzuli seçki dairəsindəns eçilən millət vəkili Aqil Abbas da qarabağlı deputatlar haqqında deyilən fikirlərlə razı olmadığını deyir.

“İstəyirlər gəlsinlər hesabat verək. Rövşən Rzayev, Bəxtiyar Əliyev, Elman Məmmədov ya mən bütün günü Avropada bu məsələləri qaldıran adamlarıq. Bunlar bizim apardığımız işlərdən xəbərləri yoxdur. Mən gördüyüm işləri mətbuata çıxartmıram, deputat vəzifəmi yerinə yetirirəm. Reklam etmirəm ki, məsələn bu gün əsgərlə görüşdüm. 1 həftə bundan qabaq əsgərlələrlə görüşdüm, amma heç yerdə bu haqda məlumat vermədim. Niyə verməliyəm ki, gedib əsgərlə görüşüb ruh vermişəm. Əgər onlar hesab edirlərki biz iş görmürük, onda gəlib deputat seçilib iş görsünlər. Çox təəssüf edirəm ki, onlar belə fikir səsləndiriblər, mma onların az-çox müəyyən şeylərdən, elə mənim fəaliyyətimdən xəbərləri var”.

Ağdam kənd seçki dairəsindən Bəxtiyar Sadıqov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elə bir məsələdir ki, bununla ən yüklsək səviyyədə dövlət başçısı cənab İlham Əliyev məşğul olur.

“Onun həm xarici səfərləri, həm ölkəyə gələn dövlət başçıları, digər nümayəndə heyətlərini qəbul edəndə, həm bölgələrə səfər edib insanlarla görüşəndə elə bir çıxışı, nitqi yoxdur ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmasın.

Bu münaqişənin həlli üçün daim inadla, prinsipiallıqla yol axtarmasın. Bunu ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həlli üçün gecə-gündüz çalışmasın.

Yəni dövlətin ən yüksək şəxsi bizim gözümüzn qabağında məşğuldur. Dəfələrlə müxtəlif dövrlərdə istər Milli Məclis tərkibi, ayrı-ayrı insanlar da təşəbbüs qaldırıblar ki, parlamentdə Qarabağ məsələsi ilə məşğul olan xüsusi bir qrup yaradılsın və hər dəfə izah olunub ki, Qarabağ dövlətin işdir, dövlət səviyyəsində məşğul olunan məsələdir, ayrı-ayrı qruplarla bağlı məsələlər deyil.

Əgər söhbət hər bir millət vəkilinin Qarabağla bağlı fəaliyyətindən gedirsə, o görüşlərdə, məsələlərdə qətiyyətli və prinsipial mövqe bildirilir. Ancaq fərdi qaydada hər bir deputat bununla məşğul olsun, xaricə getsin, bunu mən diletantlıq sayıram. Bu, fərdi qaydada  görüləsi iş deyil. Məsələyə belə yanaşmaq olmaz. Bu, bizim milli mənafedir, bu, bizim marağımızdır, Azərbaycanın qürur məsələdir. Ona görə də hər bir azərbaycanlı çalışmalıdır ki, bu məsləyə töhfə versin”.  

Aytən ZƏHRA


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama