“New Nation” müstəqil qəzetinin jurnalisti Pyote Mua Cənubi Sudanın paytaxtı Cubedə güllələnib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə jurnalist redaksiyadan çıxanda qeydə alınıb.
Pyote Muanımn şəxsi əşyaları, telefonu və pulu meyit aşkarlanan zaman üstündə olub. Rəsmi hakimiyyət və polis hadisə ilə bağlı açıqlama vermək istəmir.
Modern.az