Modern.az

HTC fabrikini satır

 HTC fabrikini satır

Təhsil

20 Avqust 2015, 22:57

 

Modern.az xəbər verir ki, maliyyə cəhətdən pis dövr yaşayan Tayvanın HTC şirkəti vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atır  ki, bunula bağlı olaraq şirkət cari ilin son rübündə işçilərin ixtisarına başlayacaq. Personalı təxminən 15 faiz və ya 2300 nəfər azaldacaq. Bu, xərclərin 35 faiz azaldılmasına imkan verəcək.

Digər məlumatlarə görə isə, şirkət 2009-ci ildə qurduğu 146 min kvadrat metrlik fabriki satmağa hazırlaşır. İlkin olaraq təxminən 32,2 milyon dəyərləndirilən istehsal müəssisəsə Huawei və Xiaomi kimi yerli şirkətlərin yaratdığı rəqabət nəticəsində xeyli ucuzlaşıb.

Həmçinin istehsal imkanlarına görə şirkət “Samsung” və “Apple” kimi brendlərlə müqayisədə xeyli geri qalır.

 

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...