Modern.az

İranın Londondakı səfirliyi fəaliyyətini bərpa edir

 İranın Londondakı səfirliyi fəaliyyətini bərpa edir

20 Avqust 2015, 23:51

Modern.az xəbər verir ki, İranın Londondakı səfirliyi yaxın günlərdə fəaliyyətini bərpa edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-dəki mənbə bildirib.

Qeyd olunur ki, səfirliyin açılması Böyük Britaniyanın İranda diplomatik nümayəndəliyinin açılması ilə üst-üstə düşəcək. Bundan əvvəl, diplomatik mənbələr səfirliyin açılmasının Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondun İrana səfəri çərçivəsində baş tutacağını bildiriblər.  “The Guardian” qəzeti bu səfərin avqustun 24-ə təsadüf edəcəyini yazıb.

Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniyanın Tehrandakı səfirliyi İrana qarşı sanksiya tətbiq edilməsinə etiraz edənlərin hücumuna məruz qalmışdı. Bundan sonra Böyük Britaniya İrandakı, İran isə Böyük Britaniyadakı səfirliyini bağlamışdı. 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...