Modern.az

CHP-nin gizli planı: MHP və HDP ilə hökumət qurmaq niyyəti

 CHP-nin gizli planı: MHP və HDP ilə hökumət qurmaq niyyəti

20 Avqust 2015, 23:14

 

Prezident Rəcəb Tayyib Ərdoğanın hökumət qurma vəzifəsini vermədiyi Cümhuriyyət Xalq Partiyası (CHP) qeyri-rəsmi təmaslara başlayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, CHP təmsilçiləri Milliyyətçi Hərəkat
Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) ilə görüşərək azadlıq hökuməti qurmağın çarəsini axtarır. MHP-nin isə bu təklifə müsbət yanaşmadığı bildirilir.

Məlumatda qeyd edilir ki, hökumət qurma səlahiyyətini almayan CHP öz yol xəritəsini cızıb. CHP qeyri-rəsmi olaraq MHP və HDP ilə əlaqə qurub. CHP üç partiyanın birgə hərəkət edəcəyi təqdirdə prezidentin ictimaiyyətin təzyiqinə müqavimət göstərməyəcəyi və hökuməti qurmaq səlahiyyətini CHP lideri Kamal Kılıçdaroğluna vermək məcburiyyətində qalacağı güman edilir.

Qeyd edilir ki, məqsəd Kılıçdaroğlunun rəhbərliyi ilə Türkiyəni gələn ilin aprel ayında seçkiyə aparacaq bir azlıq ökumətinə dəstək almaqdır.

Digər məlumata görə, HDP CHP-yə azlıq hökumətinə dəstək verəcəyini bildirib. CHP isə bu məsələdə MHP-nidə razı salmağa israrlıdır. Məhz bu səbəbdən Kılıçdaroğlunun son dəfə MHP-nin lideri Dövlət Bağçalı ilə görüşəcəyi bildirilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...