Modern.az

“Qəbələ” qələbə qazana bimədi

 “Qəbələ” qələbə qazana bimədi

20 Avqust 2015, 23:31

Modern.az xəbər verir ki, UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. “Qəbələ” öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.

III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında yunan klubu “Panatinaikos”la üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda tərəflərdən heç biri sevinə bilməyib 0-0.

Oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib ki, daha yaxşı oynamaq istərdik, amma bu da pis deyil: “Çox qol epizodumuz olmadı. Amma uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...