ABŞ-ın 90 yaşlı keçiş prezidenti Cimmi Karter xərçəng xəstəliyinə yoluxub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o özü Atlantada keçirdiyi mətbuat konfransında deyib ki, beynindəki şişlərin müalicəsi üçün şüa terapiyası kursundan keçiriləcək.
Eks-prezident qeyd edib ki, həkimlər onun beynində bədxassəli şiş aşkarlayıblar. Bundan əlavə, həkimlər xərçəngin Karterin digər orqanlarına keçə biləcəyindən ehtiyatlandıqlarını bildiriblər.
Cimmi Karter 1977-ci ildən 1981-ci ilədək ABŞ prezidenti olub. O, ata Corc Buşdan sonra ABŞ-da sağ alan ən yaşlı keçmiş prezidentdir.
Modern.az