Modern.az xəbə verir ki, PKK-çılar Türkiyədə 23-cü Jandarma Sərhəd Diviziya Komandirliyi qarşısındakı polis nəzarət şöbəsinə raketlər və ağır silahlarla hücum ediblər.
Türk mətbuatının məlumatına görə, hücum zamanı həmçinin bomba ilə yüklənmiş bir avtomobil də polis məntəqəsini tərəf sürülüb. Silahlı hücum zamanı məntəqəyə gələn nəqliyyatı görən polislər onu dayandırmaq üçün ardıcıl atəş açıb və avtomobil dayandırılaraq faciənin qarşısını alınıb.
Avtomobil dayandıqdan sonra hadisə yerinə mütəxəssislər gəlib. Həyata keçirilən təhlükəsizlik tədbirlərindən sonra avtomobil partladılıb.
Qeyd edək ki, partlayış nəticəsində 1 kilometr məsafədə yerləşən bir çox evə ziyan dəyib.
Modern.az