"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova 1 noyabr 2015-ci il tarixində keçiriləcək Milli Məclisə deputat seçkilərində iştirak edəcəyi haqqında mətbuata açıqlama verib.
O, bitərəf olaraq seçkilərə qatılacağını bildirib. Şəxsi təşəbbüsü ilə namizədliyini 49 saylı Yevlax-Mingəçevir dairəsindən irəli sürəcəyini qeyd edib.
Onu da vurğulayaq ki, Nailə İsmayılova 2005-ci ildə keçirilmiş Milli Məclisə deputat seçkilərində də öz namizədliyini irəli sürərək iştirak edib.
Modern.az