Ukrayna daxili işlər naziri Arsen Avakovun sərəncamı ilə 26 yaşlı polis çavuşu Yuri Zozuli ölkənin qərbində ən böyük şəhər olan Lvovun patrul polisinin rəisi təyin olunub.
Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, vəzifəyə yenicə təyin olunmuş Zozuli oğruların qurbanına çevrilib. Belə ki, yeni patrul rəisinin şəxsi maşınına hücum edən soyğunçular oradan 2 noutbuk və patrul rəsinin şəxsi sənədləri olan qovluğu oğurlayıblar.
Xatırladaq ki, 2015-ci il iyulun 3-dən Ukraynada patrul polisi həm də yol polisinin funksiyalarını icra edir.Vüqar İsmayılov