Modern.az

Fələstin Ermənistanda səfirlik açır - “Mahmud Abbasdan xüsusi tapşırıq almışam”

Fələstin Ermənistanda səfirlik açır - “Mahmud Abbasdan xüsusi tapşırıq almışam”

21 Avqust 2015, 12:10


Yaxın aylarda Ermənistanda Fələstin Administrasiyasının səfirliyi açıla bilər.

Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən məlumat verir ki, bu barədə Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfiri Manuel Qasesyan məlumat verib.

“Şərq” jurnalına özəl açıqlaması zamanı Manuel Qasesyan Mahmud Abbasdan iki ölkə arasında münasibətləri yeniləmək üçün xüsusi tapşırıq aldığını deyib. “Yerevandakı danışıqlarından sonra səfirliyin açılması barədə razılıq əldə olunub”- deyə “Jamank” qəzeti yazır.    

BMT-yə üzv 193 ölkədən 135-i Fələstinin müstəqilliyini tanıyır.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...