Modern.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən “Uninet” internet provayderinin abonentləri ciddi problemlə üzləşiblər.
Belə ki, sabit İP ünvanı hesab edilən static İP sistemində bir neçə gündür davam edən problem əsasən müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin işini iflic edib. Çünki static İP ünvanı konkret ünvan üzrə sabit şəbəkə xidməti olduğundan belə İP ünvanlardan istifadə edənlər fövqalədə vəziyyətlərdə digər provayder və şəbəklərdən istifadə edə bilmirlər.Şirkətin yarıtmaz fəaliyyətinə etiraz edən minlərlə abonentə isə yalnız “texniki problem aradan qaldırılır” cavabı verilərək işləri yubadılıb. Nəticədə 2-3 gün ərzində yüzlərlə abonent provayderin xidmətindən imtina edib.
Modern.az