Modern.az

İki nazirlik dərman bazarında yeni nəzarət sistemi tətbiq edəcək

İki nazirlik dərman bazarında yeni nəzarət sistemi tətbiq edəcək

21 Avqust 2015, 14:38


Azərbaycan prezidenti İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, belə ki, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.

Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...