Modern.az

Dünyanın ölü dilləri

Dünyanın ölü dilləri

21 Avqust 2015, 15:21


Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də sayca kiçik və dövlətçiliyi olmayan xalqların dilləri sıradan çıxmaq təhlükəsi ilə üzləşir. Modern.az həmin dilləri  təqdim edir:  

Shuadit - Bu dili Chouhadite, Chouhadit, Chouadite, yaxud Chouadit də adlandırırlar. Uzun illər boyu Fransada din azadlığı yox idi. Bu isə müxtəlif insanların diskriminasiyaya uğramasına və onların kiçik qəsəbələrdə yaşamalarına səbəb olub. Məsələn, yəhudilər öz üzərilərində diskriminasiyanın bütün çətinliklərini yaşayıblar. Fransada yaşayan yəhudi icmalarına yalnız öz dillərində danışmağa icazə verilib.

Shuadit dili 11-ci əsrdə çiçəklənməyə başlayıb. Din azadlığı dövrü başlayanda yəhudi icmaları dağılıb və onların hər biri müxtəlif yerlərdə yaşamağa gediblər. Rəsmi olaraq bu dil onun ən son daşıyıcısı və istifadəçisi vəfat edəndə “ölüb”.  

Latın dili - Hind-Avropa dillərinə daxil olan ölü dillərdən biridir. İlk dəfə Qədim Roma ərazisində işlədilib. Əksər elmi terminlər bu dildən götürülüb. Məsələn, “hydro” - su, “ferrium” - dəmir, “vita” - həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir.  

Zaterland friz dili əsrlər boyu friz dili alman dilinin ən böyük rəqibi olub. Friz dili 1100-cü illərdə yaranıb. İndi bu dilin daşıyıcılarının sayı 2000-5000 nəfər hesab edilir. Onların hamısı Almaniyanın Zaterlandın şəhərinin (Aşağı Saksoniya) sakinləridir. Bu dilin rəsmi mahiyyəti yoxdur. O, sadəcə olaraq gündəlik həyatda istifadə olunur.  

Solresol dili 1800-cü ildə Fransada yaranıb və “musiqi dili” kimi də tanınıb. Bu şifahi nitq, yazı, jest, rəsm və hətta bayraqlar vasitəsi ilə ötürülən dil sistemi idi.

Bu dil daha çox Fransada eşitmə qabiliyyəti olmayan uşaqlara öyrədilirdi. 19-cu əsrin sonlarında bu dil qeyri-məhsuldar hesab edilərək uşaqlara adi jest dili tədris olunmağa başlayıb. İstifadəyə yararsız hesab olunan bu dil tədricən yox olur.  

Vüsalə Qəzənfərqızı  

   
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...