Modern.az

Mərkəzi Bank ajiotajla bağlı banklara xəbərdarlıq etdi

Mərkəzi Bank ajiotajla bağlı banklara xəbərdarlıq etdi

Ölkə

21 Avqust 2015, 18:01


   

Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib.  

Modern.az xəbər verir ki, “APA-Economics”ə daxil olan məlumata görə, AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib.

“Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün“, - deyə məlumatda vurğulanıb.  

Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.     

Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər.   

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi