Modern.az

Azərbaycanda yeni polis bölməsi yaradıldı

Azərbaycanda yeni polis bölməsi yaradıldı

21 Avqust 2015, 18:15


Qusar rayonunun 4 kəndini əhatə edən yeni polis bölməsinin inzibati binasının açılışı olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...