Modern.az

4 milyon tənha qadının yaşadığı Ərəbistanda başlıq pulu azaldılıb

4 milyon tənha qadının yaşadığı Ərəbistanda başlıq pulu azaldılıb

21 Avqust 2015, 18:25


Səudiyyə Ərəbistanın Məkkə vilayətinin qubernatoru, kralın məsləhətçisi şahzadə Xalid əl-Feysəl yeni sərəncam imzalayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sərəncamla qız evinin toy üçün tələb etdiyi başlıq pulu üçün standartlar müəyyən olunub. Belə ki, bundan sonra bakirə qızlar üçün başlıq pulu 50 min rial (13 min dollar), bakirə olmayan, boşanmış və dul qadınlar üçün 30 min rialdan (8 min dollar) artıq ola bilməz.

Yerli mətbuatın məlumatına görə şahzadə Xalidin addımı ölkədə ərdə olmayan qadınların sayının kəskin artması və qız evinin nikah üçün həddən artıq yüksək məbləğdə başlıq pulu istəməsi ilə bağlıdır. Nəticədə Səudiyyə Əərbistanında daha çox kişi əcnəbi ilə evlənməyə üstünlük verir.

2010-2014-cü illərdə ölkədə subay qadınların sayı 1,5 milyon 4 milyona qədər artıb.

Qubernator yerli ruhanilərlə birlikdə keçirdiyi görüşdə vahid başlıq pulu məbləğnin müəyyənləşdirilməsini təklif edib.

Ciddə şəhərində nikah müqavilələrin hazırlanmasına cavabdeh olan Şeyx Əli Əl-Maliki bir dəfə qız evinin nikah üçün oğlan evindən 2,66 milyon dollar başlıq pulu istədiyini xatırlayıb.  

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...