YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında məlumatların yanlış olduğunu qeyd edib: “Bu, yanlış məlumatdır. Bu barədə əvvəlcədən heç kim heç nə deyə bilməz. Kimlərin deputat olacağı ancaq seçkilərdə müəyyənləşdiriləcək. Hansı namizədə səs veriləcəyini seçici müəyyənləşdirir”.
Bundan bir müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev APA-ya müsahibəsində seçkilərdən sonra parlamentin tərkibinin nəzərə çarpan dərəcədə dəyişiləcəyi proqnozunu verib.
Aytən ZƏHRA