Modern.az

Leyla Əliyeva - Sən sevimlisən mənə

Leyla Əliyeva - Sən sevimlisən mənə

22 Avqust 2015, 16:47

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib."Sən sevimlisən mənə" adlı şeiri oxucuların ixtiyarına veririk.

Birgün soruşdum səndən:
“söylə, hansı ağacdır
ən çox xoşuna gələn?”
“Xoşladığım küknardır –
boy-buxunlu,  sərv ağac” –
dedin, mənə baxaraq...
Heç bilmədim nə deyim...
“Olsun” dedim eləcə... –
Ən gözəl ağac yəqin
küknardır Yer üzündə...

Bir dəfə də soruşdum
sevdiyin musiqini;
Gözəl bir melodiya
Səsləndirdin sən mənə.
Hər gün qulaq asıram
o gözəl musiqiyə.
Sükutda bu musiqi
Arzu bəxş edir mənə  

“Günün hansı anını
çox sevirsən?” – soruşdum;
Sənsə gülümsəyərək
“Dan yeridir” söylədin.
Mən də “uf” eləmədən
Gecəni, ulduzları
dan yerinin parlayan
şəfəqinə dəyişdim...  

Mən səndən xəbər aldım
seçdiyin filmləri,
xoşladığın yeməyi,
sevdiyin ölkələri,
şeri, rəsmi, sənəti...
Sən hansını dedinsə
o da xoş gəldi mənə;
Axı hər şeydən öncə
sən sevimlisən mənə!  

Ruscadan çevirəni: Mahir Qabiloğlu


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu