Dünyada insanların əksəriyyəti bu və ya digər milli dövlətin qanuni vətəndaşlarıdır, ona görə də onlara müəyyən imtiyazlar və hüquqlar verilmşdir. Vətəndaşlıq faktı həm də insanlar qarşısında müəyyən vəzifələr qoyur, yəni dövlət onun yurisdiksiyasında olan şəxslərdən onların yerinə yetirilməsini gözləyir.
Vətəndaşlıq ideyası bütün dövrlərdə bir çox alimlərin,tədqiqatçıların müzakirə predmeti olmuşdur, lakin bu günə qədər onun dəqiq nə demək olması barədə tam yekdil fikir mövcud deyil. Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı. Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir.
Hüquqi vətəndaşlıq anlayışı nisbətən sadə təsəvvür edilir və adətən milli dövlətlərlə əlaqədardır, eyni zamanda həmin ölkənin qanunları ilə müəyyən edilir. Vətəndaş olmaq çoxölçülü mürəkkəb reallıqdır, o siyasi və tarixi əsaslara söykənir. Bu anlayış cəmiyyətin və siyasi sistemin real ehtiyaclarına münasibətdə real məna kəsb edir.
Tarixi nöqteyi-nəzərdən ən qədim zamanlardan bəri həm hüquqlar, həm də vəzifələr vətəndaşlıq analyışının mühüm tərkib hissəsi olmuşdur. Yəni vətəndaşlar əsas hüquqlara mailk olmaqla yanaşı müəyyən vəzifələri də yerinə yetirməlidirlər. Vətəndaş necə olmalıdır deyəndə məhz həmin hüquq və vəzifələr nəzərədə tutulur. Hər bir ölkənin Əsas Qanununda vətəndaşların hüquq və vəzifələrinin qeyd olunur. Amma real vəziyyət isə həmin ölkənin siyasi rejiminin mahiyyətindən aslıdır. Demokratik vətəndaşlıq, məsələn fərdlərin hüquq və vəzifələri sistemində fəal iştirakını göstərir, yəni demokratik cəmiyyətlərdə çox vətəndaş mövcud olur.
Beləliklə, vətəndaş cəmiyyəti öz hüquq və vəzifələrini bilən və düzgün dərk edən, cəmiyyət həyatına biganə olmayan insanlar vətəndaşlar tərəfindən qurulur və inkişaf etdirilir. Tədqiqatçılardan birinin qeyd etdiyi
kimi:
“Sadəcə desək, təbəə qanunlara tabe olur,vətəndaş isə onların işlənib hazırlanmasında və dəyişdirilməsində iştirak edir”
Bu gün bir çox ölkələrdə vətəndaş cəmiyyəti sadəcə ideya deyil, bu bir həyat tərzidir. ”Vətəndaş”adlanmaq üçün doğum şəhadətnaməsinə, şəxsiyyət vəsiqəsinə, pasporta və ya digər sənədlər mailk olmaq kifayət deyil, vətəndaş məsuliyyətini dərk edərək cəmiyyət həyatına qatılmaq istəyini öz hüquq və azadlıqlarını bilməklə yanaşı seçkilərdən tutmuş,qərarların, qanunların hazırlanması, qəbulu, icrası və s. kimi vətəndaş iştirakçlığı mərhələlərində də təsdiqləmək vacidir.
Tədqiqatçıların da qeyd etdiyi kimi, insanların şüurunda dəyişiklik etmədən, ictmai şüurun ictimai varlığa adapitasiyası baş vermədən, ancaq əmrlə,fərmanla,yeni qanunlar qəbul edilməsi ilə həyata keçirilən islahatlar böyük uğur gətirə bilməz.