Modern.az

Güclü yağış Gürcüstanda fövqəladə vəziyyət yaradıb

 Güclü yağış Gürcüstanda fövqəladə vəziyyət yaradıb

22 Avqust 2015, 21:51

 

Modern.az-ın  məlumatına görə, aramsız yağan güclü leysan yağışlar və güclü külək Gürcüstanın Oni rayonunda ciddi fəsadlar yaradıb, bir neçə kənd işıqsız qalıb, körpülər uçub.

Bu barədə "Rustavi 2" televiziya kanalı məlumat yayımlayıb. Məlumata görə, Böyük və Kiçik Qebi kəndlərində vəziyyət acınacaqlıdır. Sel sularının tüğyan etməsi nəticəsində kəndləri birləşdirən körpü uçub və avtomobil yolu dağılıb, kəndlər işıqsız qalıb.   Raca-Leçxumi və Aşağı Savanetiya qubernatoru Parmen Marqveladze artıq bərpa işlərinə başlanıldığını bildirib. Kəndlərə xilasedici xidmətlərin və texnikanın cəlb olunduğunu deyib.

Qubernatorun sözlərinə görə, Oni rayonunun bir neçə evlərinin damını külək aparıb və icra nümayəndəliyinin binasına zərər dəyib, uşaq bağçasının binasının üstünə ağac düşüb və elektrik naqilləri qırılıb.

Hazırda təbii fəlakətin fəsadların zərərini hesablamaq üçün xüsusi komissiya yaradılıb.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal