Modern.az

Bəzi bank şöbələrinin işləməməsi daxili reqlamentlə bağlıdır - AMB

Bəzi bank şöbələrinin işləməməsi daxili reqlamentlə bağlıdır -  AMB

22 Avqust 2015, 21:36

 

Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) həm nağd, həm də nağdsız valyuta üzrə kommersiya banklarının tələbatı tam təmin olunduğu və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatının mövcudluğu haqqında bəyanat yayıb. 

Bəyanatda deyilir:

"Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcək. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir".

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama