Modern.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu PSJ-in futbolçusu Ezequel Lavezzini transfer etməyə yaxındır.
Argentinalı hücumçunun meneceri İstanbula gələrək “Fənərbaxça” ilə anlaşıb. Bu transfer üçün “sarı lacivərdlilər”in Paris klubuna 10 milyon avro ödəyəcəyi iddia edilir.
Qeyd edək ki, 2012-ci ildə “Napoli”dən PSJ-yə transfer olunan futbolçu ötən mövsüm Fransa Liqasında 31 oyuna çıxıb və 8 qol vurub.
Modern.az