Modern.az

Müasir dövrün tələbi

Müasir dövrün tələbi

Qarabağ

24 Avqust 2015, 08:31

Turizm və Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri

Azərbaycanda ali qanunvericilik orqanına seçkilər yaxınlaşır. Milli Məclisə seçkilər mühüm siyasi tədbir  olduğu üçün bu kampaniya bütün ictimai təçkilatları öz fəaliyyətlərini canlandırmağa sövq edir. Qeyri-hökumət təşkilatı olaraq bizim qurum da öz fəaliyyət istiqamətlərində təkliflər irəli sürür, bir sıra məsələlərin həllinin optimal variantlarını nəzərə çatdırır.

Əvvəlcə turizmlə bağlı

Danılmaz faktdır ki, Azərbaycanda turizm getdikcə inkişaf edir. Keçirilən müşavirələrdə, bölgələrdəki görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, ölkəmizin turizm potensialından səmərəli istifadə olunması üçün yerlərdə müasir standartlara uyğun otellərin tikilməsi, istirahət mərkəzlərinin yaradılması zərurətini təkrar-təkrar qeyd edir. Bu məsələlər getdikcə öz həllini tapmaqdadır. Lakin tam həllini tapdığını söyləmək hələ tezdir.

Dövlət tərəfindən nə lazımdırsa təxirə salınmadan həll olunur: vəsait ayrılır, imkanlar yaradılır. İlk Avropa Oyunları ərəfəsində ölkənin iri şəhərlərində, xüsusən Bakıda görülən tikinti, yenidənqurma, yaşıllıq və abadlıq işləri hər yerdə ürəkaçan, füsunkar güşələr yaradılmasına səbəb olub. Xüsusən Bakı tanınmaz olub.

Paytaxtımız gözəl şəhərdir. Bu əzəmət Bakını qəlbən sevənlərin əlləri ilə yaradılıb. İftixah hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev Bakını çox sevir və bunun üçün əlindən gələni edir. Məhz buna görə də Bakı turizm məkanına çevrilib. Xarici turistlər buraya çox gəlir, ölkəmiz haqqında ağızdolusu danışırlar. Bu yaxşıdır. Amma ümumi rəyi daha da artırmaq mümkündür. Qonaqlarımız bəzi qüsurlar barədə sıxıla-sıxıla söhbət açırlar. Bunlar əsasən iaşə xidməti və otel-mehmanxana şəbəkələri barədədir. Bəzi otel-mehmanxanalar beynəlxalq səviyyədə olduğu üçün onlar yüksək ulduzlu sayılırlar, qiymətləri da bahadır. Halbuki onların arasında elələri var ki, iki-üç ulduzlu otel səviyyəsindədir, qonaqlardan çox pul qoparmaq məqsədilə onların sahibləri hansı yollarlasa otelin yüksək ulduzlu statusuna nail olublar. Bu məsələ çoxlarına bəlliolsa da səs-səmir çıxarmırlar.

Digər narazılıq iaşə xidməti barəsindədir. Bu yaxınlarda Azərbaycan Turizm Assosiasiyası belə bir təklif irəli sürüb ki, əcnəbi vətəndaşlara restoranlarda yeməklər  ucuz  qiymətlə təklif olunsun. Bu çox mürəkkəb məsələdir. Digər tərəfdən isə onda gərək Azərbaycan vətəndaşlarına da xarici ölkələrdə fərq qoyulsun. Bu da mümkün olan iş deyil. Dünya ölkələrinin öz daxili qanunları var.

Bəs Azərbaycandakı iaşə ocaqlarında – restoran, qəhvəxana və kababxanalarda qiymət ucuzluğuna necə nail olmaq olar? İaşə ocaqlarının sahibləri var: vəzifəli şəxslər və oliqarxlar. Onlara kim bata bilər? Hansı restoranın kimin tabeliyində olduğunu hamı gözəl bilir. Buna görə də təklif edirik ki, iaşə ocaqları şəbəkəsi vahid bir müəssisədə - ictimai iaşə idarəsi təbeliyində birləşdirilsin. Sovet dövründə olduğu kimi vahid qiymət tarifi müəyyənləşdirilsin, iaşə ocaqlarının genişləndirilməsi hesabına rəqabət və ucuzluq təmin edilsin. Müşkül məsələ olsa da, yeganə çıxış yolu budur!

Təhsildən də giley-güzar çoxdur

Təhsil islahatları davam edir. Bunu neçə illərdir ki eşidirik. Çifayda! 23 il test üsulunu tətbiq edib arzularını həyata keçirən işbazlar deyəsən bu imkandan məhrum ediləcəklər. Bu təqdirəlayiq olar (imkan verilsə!).

Ümumiyyətlə təhsilin problemləri çoxdur və bunlar barədə bir layihədə söz açmaq çətindir. Lakin elə məsələlər var ki, bircə sərəncamla məsələnin həllinə nail olmaq mümkündür. Rusiyada (Çeçenistan istisna olmaqla), bu yaxınlarda isə Estoniyada və Qırğız Respublikasında hicab ləğv olunub. Azərbaycanda isə hər il hicab məsələsi məktəblərdə problem doğursa da, qəti şəkildə həll olunmur. Hətta bəzi özəl televiziyalarda, tamaşa müəssisələrində hicab məsələsi birmənalı qəbul olunmur.

Haşiyə.
Dubaya getmişdim. Sovet quruluşunun son illərində “Espero” markalı avtomobil almışdım. Yolum İranın canubundakı Bəndər-Abbas şəhərindən idi. 40-45 dərəcə istidə nəfəs almaq mümkün deyildi. Dubaydan  gələn gəmidən avtomobili təhvil aldım və mənə İran Astarasınadək bir bələdçi – müşayiətçi təhkim etdilər. Mən qolu gödək köynək geyinmişdim. Yol yoldaşım sıxıla-sıxıla dedi:
- Ağa, bəlkə bir uzunqol köynək alıb geyəsən, polislər yol boyu sizi bu geyimdə görüb maşını saxlayacaqlar.

Nə deyəydim? Ölkənin qanunları belədir. Mən də əməl etdim. Yol boyu müxtəlif şəhərlərdən, Tehrandan keçdik . Hər yerdə qadın-qızlar hicabda,  montda idilər. Görəsən onlar öz xoşlarına belə geyiniblər? Pəhləviyə yaxın bir yerdə bağ-istrahət məkanından keçəndə nə hicablı gördüm, nə istidə mont geyinən. Təəccübümü yol yoldaşıma bildirdim.

- Neyləsinlər, havalar istidir, onlar polisi razı salırlar, polis də göz yumur.

Hicaba münasibət turizm diyarının tələblərinə cavab verməlidir.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu