Modern.az

Dolların ucuzlaşması qızılı bir ayda yeddi faiz bahalaşdırıb

Dolların ucuzlaşması qızılı bir ayda yeddi faiz bahalaşdırıb

24 Avqust 2015, 14:25


“Dünya valyuta bazarında avronun hətta qısa müddətli dövrdə olsa belə güclənəcəyi gözlənilirdi”. Modern.az saytının məlumatına görə, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

O, Çin yuanının məzənnə itirməsinin beynəlxalq maliyyədə “İki ölkə” modelinə uyğun olaraq ABŞ-ın da öz məzənnə siyasətinə dəyişikliyini qaçılmaz etdiyini deyib: “Nəticədə avro dollara nisbətən 6 faizə yaxın dəyər qazanıb. Bu 1 milyonluq vəsaitdə 60 min dollar fərq deməkdir.

ABŞ öz valyutasını yumşaltmaqla Çinin qlobal bazarda genişlənməsinin qarşısını aldı. Çünki yuanın dəyərsizləşməsi fonunda sabit dollar ABŞ üçün daha ucuz Çin malları demək idi. ABŞ isə Çinin qlobal iqtisadi genişlənməsində heç də maraqlı görünmür.

Eyni zamanda, son dövrədək dəyər itirən avronun son həftələrdəki bahalaşması köhnə qitənin ixrac qabiliyyətinə mənfi təsir göstərmir.

Avronun möhkəmlənməsi, eləcə də avro zonasının aparıcı dördlüyündə vəziyyətin stabilləşməsi ilə bağlıdır. Bu arada avro manata nisbətən də kəskin möhkəmlənib.

Dolların ucuzlaşması isə dünya bazarında qızılın son 1 ayda 7 faiz bahalaşmasına gətirib çıxarıb”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama