Avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki,
Binəqədi rayon 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.Modern.az