Tümenin Leninski dairəsinin prokurorluğu yerli cinayətkar qruplaşmanın liderlərindən biri, 40 yaşlı Şahlar Babayevə elan edilən ittiham aktını təsdiqləyib.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, kriminal aləmdə daha çox Şah ləqəbi ilə tanınan azərbaycanlı qanunsuz silah-sursat əldə etmə və saxlamaqda təqsirkar bilinir.
O, mütəşəkkil cinayətkar qruplaşmaların Tümen vilayətində kriminal situasiyaya təsir imkanlarının məhdudlaşdırılması məqsədilə keçirilən xüsusi əməliyyat zamanı yaxalanıb.
Kriminal avtoritetin saxlanılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyi bildirilir. Saxlanıldıqdan sonra Şahlar Babayevdən “Makarov” tapançası götürülüb. Onu 4 ilə qədər azadlıqdan məhrumetmə və cərimə cəzası gözləyir.
Modern.az