Modern.az

Qəbələdə beynəlxalq mürəbbə festivalı keçiriləcək

Qəbələdə beynəlxalq  mürəbbə festivalı keçiriləcək

24 Avqust 2015, 15:28


Avqust ayının 29-da Qəbələ rayonunda “Qafqaz Karvansaray” oteldə Beynəlxalq  III Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Modern.az xəbər verir ki, tədbirdə YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen De Padilla iştirak edəcək.

Məlumat üçün bildirək ki, Qəbələdə keçiriləcək Beynəlxalq III Qəbələ Mürəbbə Festivalında  xarici ölkələrin kulinarları və Azərbaycanın bölgələri, sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr  iştirak edəcək və hər iştirakçı 8 növ mürəbbə gətirəcək.

Festivalda  bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə və xarici iştirakçı  üçün xarakterik olan mürrəbə məhsullarının, əl işlərinin sərgisi  təşkil olunacaq.  

Qeyd edək ki, festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal