Modern.az

Məktəbli forması çatışmır: Bakı Tikiş evi boynuna almır

Məktəbli forması çatışmır: Bakı Tikiş evi boynuna almır

24 Avqust 2015, 17:26


Yeni dərs ilinin başlanmasına az müddət qalıb. Artıq valideynlər məktəb üçün lazım olan ləvazimatların, eləcə də məktəbli formalarının əldə olunmasına tələsirlər.

Bəzi məlumatlara görə, Bakı Tikiş Evinə (BTE) məxsus satış mərkəzlərində məktəbli formaları məhdud saydadır və valideynlər onu əldə etmək üçün BTE-nin əsas satış mərkəzinə müraciət edirlər.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, bu fikirlər əsassızdır.

Onun sözlərinə görə, əsas satış mərkəzində olan bütün ləvazimatlar, eləcə də məktəbli formaları BTE-nə məxsus olan istənilən filiallarda da var:

“Bakı Tikiş Evinin satış filiallarına gündəlik nəzarət olunur, hansı ölçüdə azalma müşahidə olunarsa, tez bir zamanda tikilib hazırlanır və satış mərkəzlərinə təhvil verilir. Dərs ilinin başlamasına az müddət qaldığından məktəbli formalarına da tələbat artıb.

Satışla bağlı müntəzəm olaraq mərkəzlərdən məlumatlar əldə edirik. Söylənilənlərə gəlincə, formaların məhdud sayda olması həqiqətə uyğun deyil, istənilən ölçüdə və sayda məktəbli formasını alıcılarımız rahat şəkildə satış mərkəzlərimizdən əldə edə bilərlər “.    

Vüsalə Qəzənfərqızı      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal