Modern.az

“Nikoil”bank Modern.az-a cavab verdi

“Nikoil”bank Modern.az-a cavab verdi

24 Avqust 2015, 17:29

Bu gün Modern.az saytında dərc olunan "Azərbaycandakı Rusiya banklarına əmanət qoymayın" başlıqlı yazı reaksiyalara səbəb olub. 

Qeyd edək ki, maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov saytımıza açıqlamasında ən təhlükəsiz bankların Beynəlxalq Bank və AzərTürkBank olduğunu bildirib. “Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir. Ən təhlükəli banklar isə ölkədəki Rusiya banklarıdır: VTB və “Nikoil”Bank. Bu banklara etibar etməyin! Çünki Rusiyada vəziyyət bizdən də ağırdır, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər”,-deyə o söyləyib.  

Məsələ ilə bağlı “Nikoil” Bankdan Modern.az-a açıqlama verilib. Həmin cavabı olduğu kimi təqdim edirik:  

“24.08.2015-ci il tarixində saytlarınızda dərc olunmuş "Azərbaycandakı Rusiya banklarına əmanət qoymayın" başlığı altında dərc olunmuş məqalədə bankımızın işgüzar imicinə mənfi təsir edə biləcəcək məlumat əks olunub.

Həmin bu məlumat oxucuların banka olan etibarını zəiflətməyə səbəb olur. Nəzərinizə çatdırmaq istəyirik ki, “Nikoil” Bankın hər üç səhmdarı Azərbaycan Respublikasının Hüquqi şəxsləridirlər və dividendləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödəyirlər.

“Nikoil” Bankın Rusiya ilə birbaşa bağlılığı yoxdur və münasibətlər yalnız işgüzar əlaqələr səviyyəsindədir. Bunları nəzərə alaraq Sizdən xahiş edirik ki, saytınızda dərc olunan məqalədə “Nikoil” Bankın Rusiya bankı kimi təqdim olunması haqda məlumatı siləsiniz və düzgün olmayan məlumatı dəqiqləşdirərək yerləşdirəsiniz”.  

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal