Papua-Yeni Qvineyada 54 nəfər adamyeyənlik ittihamı ilə həbs olunub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Flay çayı sahilində keçirilib. Burada yerləşən və uzun illər dünyadan təcrid olunmuş Damera və Vaydadobolo kəndlərinin sakinləri insan ətindən qida kimi istifadə etməkdə təqsirli bilinirlər.
Papua-Yeni Qvineyanın Qərb vilayətinin polis idarəsinin rəisi Silva Sika 2009-cu ildən kəndlərdə kannibalizm (adamyeyənlik) hallarının geniş yayıldığını bildirib.
Sonucu dəfə iyunun 25-də 3 turisti oğurlayan kənd sakinləri ayin icra edərək onları yeyiblər. Hazırda “Flay çayı vadisindəki adamyeyənləri ram etmək” adı verilən əməliyyat davam etdirilir.
Vüqar İsmayılov