Modern.az xəbər verir ki, Niderland höküməti ölkənin şimalında yerləşən kiçik Loppersum kəndində 5G məlumat ötürülmə texnologiyasının sınaqdan çıxarılması bağlı qərar verib.
Layihədə “TNO”, “Ericsson”, “KPN” və “Huawei” kimi Hollandiyanın və dünyanın bir sıra aparıcı telekommunikasiya şirkətləri iştirak edəcək.
Qroninqen vilayətinin rəhbərliyinin sınaq üçün məhz bu kəndi seçməsinin səbəbi regionun türizm üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır. Modern.az