Modern.az

Neft üzüaşağı getməkdə davam edir

 Neft üzüaşağı getməkdə davam edir

24 Avqust 2015, 22:34

 

Modern.az xəbər verir ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Günün sonuna yaxın dünya birjalarında Brent markalı neftin bir barrelinin qiyməti 43 dollardan da aşağı düşərək 42,55 dollara çatıb. Bu, 2009-cu ilin martından bu günə qədər olan ən aşağı qiymətdir. 

WTI markalı neft də öz antirekordunu təzələyib. Belə ki, bu markalı neftin bir barrelinin qiyməti hazırda 38,33 dollarda qərarlaşıb. 

Ucuzlaşmaya səbəb isə dünya bazarında neftin təklifinin artması, tələbatın isə azalmasıdır. Ekspertlər isə yay səyahətlərindən sonra vəziyyətin daha da çətinləşəcəyini güman edirlər. İranın neft bazarına girməyi isə vəziyyəti daha da ağırlaşdıra bilər. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama