Modern.az

İndi də Livanda kütləvi etirazlar başladı

İndi də Livanda kütləvi etirazlar başladı

24 Avqust 2015, 22:53

 

Modern.az xəbər verir ki, Livanda sosial problemlərlə bağlı etirazlar başlayıb.

Xarici KİV-in məlumatına görə, paytaxt Beyrutda kütləvi mitinqlər baş verib. Aksiyaçılar əsasən sosial - yol və zibillik problemlərinin həllini tələb edirlər.

Şəhərin Riyad əs-Sülh Meydanına toplaşaraq hökuməti istefaya çağıran minlərlə etirazçı ilə polis arasında qarşıdurmada yaranıb. Polis gözyaşardıcı qaz və su şırnağından istifadə edərək mitinqi dağıdıb.

Etirazçılara qarşı əsassız zorakılıq edənlərin cəzalandıracağını deyən ölkənin baş naziri Tammam Salam açıqlamasında bildirib ki, məsələ təkcə zibillik, məişət problemləri deyil: “Daha böyük siyasi zibil probemləri var”.

Qeyd edək ki, Beyrutda küçələrin təmizlənməsi işini həyata keçirən şirkətin işinə xitam verilməsindən sonra şəhərin yolları zibil, tör-töküntü içindədir. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal