Modern.az

Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında - FOTO

Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında  - FOTO

Təhsil

25 Avqust 2015, 12:59


Böyük Britaniyanın tanınmış heykəltəraşı, müasir incəsənətin görkəmli nümayəndələrindən biri Toni Kreqqin “Nəzər nöqtələri” əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur. Əsər Mərkəzin parkında təqdim edilir.

Xatırladaq ki, 2014-cü ildə Heydər Əliyev Mərkəzində Toni Kreqqin fərdi sərgisi keçirilib. 2014-cü il aprelin 9-dan avqustun 31-dək davam edən sərgidə heykəltəraşın 28 əsəri nümayiş olunub.

Sərgidən sonra “Nəzər nöqtələri” əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına daxil edilib.

Toni Kreqqin indiyədək dünyanın müxtəlif ölkələrində 350-dən çox fərdi sərgisi təşkil olunub.

Onun müxtəlif  materiallardan - bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırladığı heykəllər muzeylərlə yanaşı, London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Stokholm kimi şəhərlərin küçə və meydanlarını da bəzəyir.  

Onu da əlavə edək ki, hazırda Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında dünyada məşhur olan bir sıra müəlliflərin əsərləri nümayiş olunur.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal